Siyasət

  • 2 958

Azərbaycan və Türkiyə mediasının koordinasiya olunması zamanın tələbi kimi meydana çıxır - RƏY ÖZƏL

image

“Türkiyə-Azərbaycan Media platformasının yaranma prosesi iki ölkə arasında münasibətlərin inkişaf tempinə və hazırkı səviyyəsinə tamamilə uyğun olan məntiqi nəticədir. İndiyə qədərki münasibətlər mütləq şəkildə sonda belə bir prosesin yaranmasına gətirib çıxarmalı idi. İki ölkənin media və informasiya siyasətlərinin daha geniş mənada əlaqələndirilməsi hazırda zamanın tələbinə çevrilib. Xüsusilə də Vətən müharibəsində Azərbaycan-Türkiyə münasibətlərinin özünü ən yüksək səviyyədə nümayiş etdirməsi bir daha göstərdi ki, bu ölkələrin bütün mənalarda ən geniş spektrlərdə inteqrasiyasının alternativi yoxdur və buna, əslində, mane olan heç nə də yoxdur. Çünki Türkiyə Azərbaycan münasibətlərinə hazırda həm xarakterinə, həm də çoxşaxəliliyinə görə dünyada bənzəri ola biləcək ikitərəfli dövlətlərarası münasibətlər modeli praktik şəkildə yoxdur”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.Ekspert bildirib ki, cənab Prezidentin köməkçisi Hikmət Hacıyevin də dəqiq ifadə etdiyi kimi hazırda iki ölkənin mediası arasında münasibətlərin daha dərindən sistemləşdirilməsinə, koordinasiya olunmasına böyük ehtiyac var və çox yaxşı haldır ki, Azərbaycanın bu məsələ ilə əlaqədar aydın mövqeyi var: “Həmin mövqeyi də Prezidentin köməkçisi Hikmət Hacıyev çox açıq şəkildə ifadə edib. Əslində, bu gün Hikmət Hacıyevin dediyi kimi medialararası münasibətlərin sistemləşdirilməsi və Media Koordinasiya Komitəsinin yaradılması iki ölkənin media və informasiya siyasətinin əlaqələndirilməsində yol xəritəsi kimi də qəbul oluna bilər. Bu yol xəritəsinin başlanğıcı və gedişi var və həmin yolun ən mühüm təzahürlərindən biri də məhz Media Koordinasiya Komitəsinin yaradılmasından ibarət olacaq”.A.Quliyev vurğulayıb ki, indiki şəraitdə ölkələrimizin, xüsusilə də xarici siyasətdə rastlaşdıqları problemlər də oxşardır: “Belə ki, hər iki ölkə ikili standartlarla üzləşir, eyni zamanda hər iki ölkənin inkişafından, daxili sabitiliyindən və qısqanclıqdan doğan dünya arenasında müəyyən problemləri var. Belə şəraitdə iki ölkənin informasiya və media siyasətinin daha dərindən, hərtərəfli əlaqələndirilməsi, koordinasiya olunması zamanın tələbi kimi meydana çıxır. İnformasiya və media siyasətinin koordinasiya olunması şübhəsiz ki, dünyada Azərbaycan və Türkiyənin mövqelərinin möhkəmləndirilməsinə, iki ölkənin ictimaiyyətinin baş verən proseslərə daha oxşar rəylərə gəlməsinə, eyni zamanda, iki ölkənin xarici siyasətdə güc və imkanlarının birləşdirilməsinə öz müsbət təsirini göstərə bilər. Bütün bunlara görə vahid media platformasının yaradılması iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsindən doğan zərurətdir. Yəqin ki, Azərbaycan və Türkiyənin media strukturlarına rəhbərlik edən şəxslər bu məqamı daha səmərəli şəkildə reallaşdırmaq üçün imkaları maksimum dərəcədə işə salacaqlar”.

sia.az

Digər xəbərlər