Siyasət

  • 3 970

Əbədiyyət simvolu - Ulu Öndər Heydər Əliyev

image

Bu gün böyük rəhbərin, ulu öndər Heydər Əliyevin ölümsüzlük yaşının 98-ci ildönümüdür. Dünyada nadir insanlar olur ki, xalqının timsalına çevrilir. Belə insanlardan biri də xalqımızın böyük oğlu dünyanın görkəmli siyasətçiləri sırasında dayanan ulu öndər Heydər Əliyevdir. Mənsub olduğu millətin həyatında onun tale yüklü məsələlərində tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev bu çətin, şərəfli yolda yalnız öz iradəsinə və xalqının gücünə arxalandı.Xalq-rəhbər birliyinin baris nümunəsinə çevrilən bu vəhdət həlli mümkünsüz görünən çətinliklərin öhdəsindən asanlıqla gəldi. Heydər Əliyev bütün həyatı boyu yalnız xalqının daha işıqlı sabahı uğrunda çalışmış, hətta sovet rejiminin ən çətin zamanlarında belə millətinin mənafeyini hər şeydən üstün tutmuşdur.Bu gün təməli böyük öndərimiz tərəfindən qoyulan yeni Azərbaycan daha böyük vüsətlə inkişaf edərək, dünya dövlətləri sırasında öz layiqli yerini tutur. Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində açılan fabriklər, zavodlar, müxtəlif sənaye müəssisələri bu gün də iqtisadiyyatımızın ayrılmaz hissəsidir.Bu gün dünyaya səs salan qələbəmizin memarı da elə məhz Heydər Əliyevdir. Çünki hərbi mütəxəssislərin çatışmadığı bir zamanda böyük sərkərdə uzaqgörənliyi ilə Azərbaycanda hərbi liseyin açılması zərurəti də Heydər Əliyev düşüncəsinin məhsulu idi. Vətən müharibəsinin qanlı savaşlarında öz sərkərdəlik bacarığı, hərbi səriştəsi ilə nəinki düşməni, dünyanı belə heyrətə gətirən hərbiçilərimiz böyük rəhbərimizin illər əvvəl təməlini qoyduğu hərbi liseyin layiqli məzunlarıdırlar.Böyük rəhbərin hakimiyyətə ikinci qayıdışı isə Azərbaycan dövlətçiliyinin bərpası ilə nəticələndi. Xarici təcavüz, vətəndaş itaətsizliyi şəraitində hakimiyyətə gələn böyük rəhbər müdrik siyasi uzaqgörənliyi ilə həlli müşkül məsələləri xalqın iradəsinə güvənərək asanlıqla həll etdi.Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, xalqımızın bütövlüyü, dövlətçiliyimizin toxunulmazlığı yolunda dönməz mübariz İlham Əliyev bu yurda, Vətənə sədaqət nümunəsi olaraq, bütün dünyaya "biz varıq, biz Azərbaycanlıyıq" nidasını qürurla bəyan edir. 30 illik torpaq həsrətinə "dəmir yumruğu", polad siyasi iradəsi ilə son qoyanda məhz Ali Baş Komandan İlham Əliyevdir. Bu heç də tədadüfi deyil, çünki tarix təsadüfləri sevmir.Hər bir azərbaycanlı yalnız bir həqiqətə inanır: böyük zəkanın, ulu rəhbərin göstərdiyi inkişaf və tərəqqi yolu etibarlı əldədir. Tarixi dahilər yaradır deyirlər. Dahiləri əbədi yaşatmaq isə tarixin pozulmaz qanunudur.

Əkbər Cəlilov,
YAP Gənclər Birliyinin üzvü

sia.az

Digər xəbərlər