Siyasət

  • 3 861

Tahir Rzayev: Böyük qayıdış böyük qələbələrə aparır

image

“Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri bir daha göstərdi ki, dövlətimizin başçısı Qarabağı cənnətə çevirməkdə qətiyyətlidir və bunun üçün lazım olan bütün tədbirlər həyata keçirilməkdədir”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak edən Prezidentimiz 44 günlük müharibədə sərhədçilərimizin də böyük qəhrəmanlıqlar göstərdiklərini qeyd etməklə bərabər, revanş göstərmək istəyən erməni millətlərinə də qəti xəbərdarlığını etdi. Sözsüz ki, Ermənistanda xaosun, özbaşınalığın, qarşıdurmaların baş alıb getdiyi, dərin böhranın yaşandığı bir vaxtda baş qaldıran saxta revanşizm xülyası Azərbaycan ordusunun yaratdığı reallıqların qarşısında iflasa məhkumdur və boş hay - küydən başqa bir şey deyildir.
“Cənab Prezident bildirmişdir: “Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiaları irəli sürürlər. Onlara, bax buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkli əməllərindən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik”. Zəngilan hava limanının təməlinin qoyulması, dəmir yolu, avtomobil yolları, gələcək layihələrin müzakirə edilməsi, düşmən tərəfindən darmadağın edilmiş Zəngilan məscidi ilə tanışlıq və dövlət rəhbərinin bu məsələlərlə əlaqədar konkret tapşırıqlar verməsi deməyə əsas verir ki, bu torpaqlar tez bir zamanda öz görkəmini dəyişəcək və sakinlərini qoynuna alacaqdır. Prezidentimiz tərəfindən “Ağıllı kənd” layihəsinin təməlinin qoyulması və Birinci , İkinci, Üçüncü Ağalı kəndlərində 200 evin tikilməsinin nəzərdə tutulması və buna start verilməsi böyük qayıdışın gələcək uğurlarından xəbər verir”,-deyə komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər