Siyasət

  • 2 748

Suraxanı rayonunda şəhidlərin övladları diqqət, sevgi və qayğı ilə əhatələnir

image

Azərbaycan öz tarixi torpaqlarını vətən uğrunda canlarını qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Vətənin bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən diqqət, sevgi və qayğı ilə əhatələnirlər.

Suraxanı rayon sakinləri olmuş - Vətən Müharibəsi şəhidi, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun qızı İncinin 7 yaşı və Vətən Müharibəsi şəhidi, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid əsgər Manafov Osman Natiq oğlunun oğlu Natiqin 3 yaşı tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, və digər rəsmi şəxslər hər iki ailəni ziyarət edərək, şəhidlərin övladlarını təbrik etmiş, doğum gününü qeyd edən balalarımıza hədiyyələr təqdim etmiş, şəhid ailələrinin qayğıları ilə maraqlanmışlar.
Vətən Müharibəsi şəhidlərinə, qazilərinə və iştirakçılarına qarşı cənab Prezident İlham Əliyevin doğma münasibətindən bəhs edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov demişdir ki, Suraxanı rayonunda hər bir ailə cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq diqqətdə saxlanılır, onların qarşıya çıxmış hər bir probleminə həssaslıqla yanaşılır. Əziz Əzizov şəhid ailələrinin, onların övladlarının dövlətin qayğısını hər zaman hiss edəcəklərini vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən Müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. Vüqar Seyidov əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.
Milli Məclisin deputatı Afət Həsənova dövlətin qayğısı nəticəsində şəhid ailələri və qazilərin bütün cari problemlərinin qısa zamanda həll olundğunu diqqətə çatdırmışdır.
Sonda hər iki şəhid ailəsi Dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.

yap.org.az

Digər xəbərlər