Siyasət

  • 2 786

Sülh təmin olunmursa: sülhəməcburetmə prosesi gündəmdədir ANALİTİK

image

Rusiya sülhməramlıları qanunsuz erməni silahlılarını “tərəf” kimi qeyd edirsə, bunu Azərbaycana izah etməlidir!

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi artıq bir neçə dəfədir ki, Şuşa və digər işğaldan azad olunmuş ərazilərimizdəki ordu mövqelərimizin atəşə tutulması haqqında rəsmi məlumatlar yaymaqdadır. Məlumatlara əsasən, atəşlər Rusiya sülhməramlılarının yerləşdikləri Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlıları tərəfindən açılır.Bununla yanaşı, Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, iyulun 13-də axşam saatlarında Şuşa şəhərinin şimal-qərb rayonunda atəş səsləri eşidilib. Bununla da Rusiya tərəfi etiraf edib ki, Azərbaycanın mədəniyyət paytaxtı ətrafında silahlı insident baş verib, lakin bu olayın günahkarına işarə vurmayıb. Halbuki, Azərbaycanın Müdafiə Nazirliyi atəşlərin məhz qanunsuz erməni silahlı birləşmələri tərəfindən, özü də rus sülhməramlılarının nəzarətləri altındakı ərazilərdən açıldığını rəsmi (!) olaraq bəyan edir.
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində işğalçıları darmadağın edib və bu gün yerdə qalan tör-töküntülərin “tərəf” kimi qeyd edilməsini necə anlamaq olar?
Lakin Rusiya MN-nin məlumatındakı xəbər baş vermiş insidenti nəinki tam şəkildə əhatə etmir, eləcə də yumşaq ifadə edərsək, aşkar qeyri-dəqiqliklə xarakterizə edilir. Misal üçün bildirilir ki, insidentin tənzimlənməsi “Rusiya sülhməramlılarının nümayəndələrinin səyi ilə həyata keçirilib”, həmçinin bildirilir ki, “Hər iki tərəfin bəyan etdiyinə görə, atəş nəticəsində xəsarət alanlar olmayıb”.Bu zaman sual yaranır – Qarabağın dağlıq hissəsində fəaliyyət göstərən Rusiya sülhməramlıları “tərəflər” deyərkən kimi nəzərdə tutur? Belə ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində işğalçıları darmadağın edib və bu gün yerdə qalan tör-töküntülərin “tərəf” kimi qeyd edilməsini necə anlamaq olar? Bəli, Azərbaycan “tərəf” kimi qeyd olunur, bəs ərazilərimizə atəş açanlar nə zamandan “tərəfə” çevrildilər?
Yazılanların altında Azərbaycan və Ermənistan rəhbərləri ilə yanaşı Rusiyanın prezidenti Vladimir Putinin də imzası atılmayıbmı?
Məgər üçtərəfli bəyanatın 4-cü bəndində separatçı quldur qalıntılarının silahlarını yerə qoymaları, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini qeyd-şərtsiz tərk etmələri (rədd olmaları!) barədə yazılmayıbmı? Bu yazılanların altında Azərbaycan və Ermənistan rəhbərləri ilə yanaşı Rusiyanın prezidenti Vladimir Putinin də imzası atılmayıbmı?O cümlədən, o da bəllidir ki, Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərində yalnız bir silahlı tərəf olmalıdır – Azərbaycanın Silahlı Qüvvələri!Əlbəttə, hazırkı halda yeganə istisna rus sülhməramlılarıdır ki, onlar Qarabağ regionunun dağlıq hissəsində yerləşdiriliblər. Bu baxımdan, Rusiya MN-nin məlumatından doğan sual yaranır ki, Azərbaycan tərəfdirsə, digər “tərəf” bəs kimlərdir? Artıq kifayət qədər agahdır ki, 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli bəyanata görə Rusiya sülhməramlıları nəzarət etdikləri bölgələrə daxil olduğu vaxtdan etibarən, yəni paralel şəkildə erməni silahlıları oraları tərk etməli idilər. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin Ağdam, Şuşa rayonları ərazilərində atəşə tutulması sübut edir ki, sülhməramlılar üzərlərinə düşən öhdəlikləri ya yerinə yetirməkdə çətinlik çəkirlər, ya bunu etmək istəmirlər, ya da qəsdən etmirlər. Ona görə də həmin ərazilərdə qanunsuz erməni silahlı birləşmələri qalmaqda davam edirlər, bununla da üçtərəfli bəyanatın tələb etdiyi qaydalar kökündən pozulur.Yaxud, Rusiya MN-yi ikinci “tərəfi” nəzərdə tutursa, onda belə çıxır ki, orada Ermənistanın silahlı qüvvələri qalırlar və onlar Azərbaycanın ərazilərində işğalçı qüvvələr kimi tanınırlar.
Qeyd edilənlər Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bilavasitə pozulmasıdır
Yox, əgər söhbət separatçı “dqr”in tərkibinə daxil olan hərbi dəstələrdən gedirsə, onda digər fakt ortaya çıxır – Rusiya tərəfi bu qanunsuz quldur dəstələrini öz təbirlərincə “qanuni” hesab edirlər. Bütün hallarda isə qeyd edilənlər Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bilavasitə pozulmasıdır. Bu gerçəkliyi elə Rusiyanın prezidenti Vladimir Putinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması barədə bəyanatı ilə uzalqşdırmaq lazımdır.İndi, Rusiya sülhməramlılarının qarşısında bir məslə dayanıb – ya “tərəf” kimi qeyd etdikləri qanunsuz erməni silahlı birləşmələrini nəzarət və cavabdeh olduqları bölgələördən çıxarmaq, ya da öz işlərinin öhdəsindən gələ bilmədiklərini və ya gəlmək istəmədiklərini etiraf etmək, kənara çəkilmək və hətta kontingenti ölkədən çıxarmaq. Onsuz da Azərbaycan tərəfi bütün hüquqi müstəviləri və tələbləri icra edərək “Dəmir yumruq” reallığını tətbiq edəcəyi barədə artıq bir neçə dəfə xəbərdarlıqlar edib. Bunun isə qarşısını heç bir qüvvə ala bilməz. Sülh təmin olunmursa, onu təmin etməyə hər hansı qüvvələr mane olursa, bu zaman sülhməməcburetmə tələbinin həyata keçirilməsi prosesi tam şəkildə həyata keçirilə bilər.

sia.az

Digər xəbərlər