Siyasət

  • 5 741

Cümşüd Nuriyev: "Azərbaycanı təxribata cəlb etmək istəyirlər” ŞƏRH

image

Qanunsuz erməni hərbi birləşmələrinin son vaxtlar məhz Rusiya sülhməramlılarının yerləşdikləri ərazilərdə fəallaşmaları istər rus SM-nın məsuliyyətiszliklərini növbəti dəfə sübut edir, istərsə də regionda sülhün bərqərar olması yönündə imzalanmış üçtərəfli bəyanatı da kölgəyə salır. Eyni zamanda, revanşçı erməni terrorçularının fəallaşmaları ilə yanaşı onların vəziyyətin nəzarətdən çıxması üçün daha ağır təxribatlara yol açmaq maraqları baş verə bilər.SİA xəbər verir ki, mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev də maraqlı amillərə toxunub və belə dvaam edərsə, erməni tərəfinin ən alçaq əməllərə yol aça biləcəklərini proqnozlaşdırıb.“Atəşkəsin pozulması və bunun az qala sistemli hal alması yaxşı hadisə deyil. Əlbəttə, bu təxribatı törədənlər Azərbaycanı təxribata çəkmək istəyənlərdir”, deyən polotoloqa görə, aydındır ki, indi Xankəndində sülhməramlılar var. Əgər biz ora atəş açsaq, öldürməsək də rus əsgərini öldürüb üstümüzə atacaqlar. SİTAT: “Əsas məsələ odur ki, bu və ya digər formada Azərbaycanı təxribata cəlb etsinlər. Biz qətiyyən bu təxribata getməməliyik. Bu günə qədər Prezidentin atdığı addımlar Azərbaycan dövlətinin maraqlarına, onun güclənməsinə xidmət edib. Biz dövlətimizin və ölkə başçısının yanında olmalıyıq. Daxilimizdə hər hansı bir narazılıq olmamalıdır”.Cümşüd Nuriyev xatırladıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi aparan zaman hər kəs birlik içində olub və Azərbaycan dövlətini müdafiə edib. Onun sözlərinə görə, indi də çox incə məqamdır. “Mən hamıdan xahiş edirəm ki, dövlətimizin arxasında dayanaq, bir-birimizi didməyək” politoloq bildirib.Mütəxəssis ehtimal edir ki, məntiqi baxımından Ermənistan ordusunun darmadağın edilməsi, bu ordunun müharibə aparmaq imkanı olmamasına baxmayaraq hansısa qüvvələr müharibə olmasında maraqlıdır: “Bəli, kənardan bunu arzu edirlər. Ancaq belə bir müharibə bizə lazım deyil. Çünki bunun vaxtı da deyil. Təxribatların sayı getdikcə çoxalır. Diqqət edin, açıq göründü ki, ATƏT-in Minsk Qrupuna üzv dövlətlər hələ də Azərbaycanın zəfərini qəbul edə bilmir. Biz ağıllı olmalı, uzaqgörən siyasət yürütməli və ən əsası soyuq başla düşünməliyik”.

sia.az

Digər xəbərlər