“Bildiyimiz kimi cənab Prezident işğaldan azad olunmuş ərazilərimizə intensiv səfərlər etməkdədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, son olaraq ölkə Prezidentinin Cəbrayıl rayonuna səfəri baş tutdu: “Təbii ki, işğaldan azad olunmuş ərazilərə dövlət başçısının səfərləri hər şeydən öncə dünyaya nümayiş etdirir ki, Azərbaycan öz torpaqlarının sahibidir və öz ərazilərində tikinti quruculuq işlərini həyata keçirməkdədir. Ölkə Prezidenti Cəbrayılda ictimaiyyətin nümayəndələri ilə görüşdü. Burada bir sıra vacib mesajlar vermiş oldu. Hesab edirəm ki, ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə intensiv şəkildə səfər etməsi həm də orada həyata keçirilən tikinti-quruculuq işlərini birbaşa öz nəzarəti altında saxladığını göstərir. Bu da son nəticə olaraq orada aparılan işlərin zamanında və keyfiyyətli şəkildə yerinə yetirməsini təmin edəcək. Qeyd etmək lazımdır ki, cənab Prezident Cəbrayıla səfəri zamanı bir sıra məsələlər ətrafında danışdı. Gələcək inkişaf perspektivlərindən danışmaqla yanaşı aktuallıq kəsb edən məsələlər ətrafında da danışdı.
Bildiyimiz kimi İranın ölkəmizə qarşı əsassız ittihamları səslənməkdədir. Ölkə Prezidenti qeyd etdi ki, Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz. Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. İranın əsassız iddialarını sübut etməsini istədi. Ölkə Prezidenti Araz çayının sahilində bu fikri səsləndirərək bir daha nümayiş etdirdi ki, Azərbaycan öz maraqlarına tam uyğun müstəqil siyasət yeridən dövlətdir. Heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq ixtiyarı yoxdur”.
Arzu Qurbanzadə