PDF Oxu

Siyasət

  • 2 177

YAP Sabunçu rayon təşkilatının fəalları şəhidin ildönümündə iştirak ediblər

YAP Sabunçu rayon təşkilatının fəalları şəhidin ildönümündə iştirak ediblər

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev, millət vəkili Əliabbas Salahzadə və rayon təşkilatının əməkdaşları şəhid Səmədov Məhəmməd Niman oğlunun ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak etmişlər. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan M.Səmədovun ailə üzvlərinə səbr arzulayan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, Səmədov Məhəmməd Niman oğlu 13.06.2001-ci ildə Pirşağı qəsəbəsində anadan olub. 10 nömrəli sanatoriya tipli internat məktəbin 2016-cı il məzunu olmuşdur. Vətən müharibəsində igidlik və mərdlik göstərərək 07.10.2020-ci il tarixdə Füzuli istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq.

Allah rəhmət eləsin!

Rəfiqə

Digər xəbərlər