"Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir. Biz ermənilərin təhdidinə layiqli cavab verməliyik, bir əsgərimizin şəhid olmasına 10 erməni əsgərini məhv etməklə cavab verməliyik. SİA-nın məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.F.Mustafa bildirib ki, zamanında bu cür sərt tədbirlər görülməsə ermənilər daha böyük təxribatlara əl atacaqlar: “Biz zamanında erməniləri cəzalandırmalıyıq ki, onlara yenə təxribatlar törətməyə cəhd etməsinlər. Bu istiqamətdə hamımız əlimizdən gələni etməliyik”.
Müəllif: Aysel Məmmədova