PDF Oxu

Siyasət

  • 3 637

Qobustan rayonunun Sədəf kəndində şəhid Elyar Vəliyevin anım günü keçirilib ANIM

Qobustan rayonunun Sədəf kəndində şəhid Elyar Vəliyevin anım günü keçirilib ANIM

Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkili Şahin Seyidzadə, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə rayonun Sədəf kəndində Vətən Müharibəsi Qəhrəmanı şəhid Vəliyev Elyar Arif oğlunun anım günü münasibətilə tədbirlər keçirilib. Anım mərasimində çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov şəhid Elyar Vəliyevin ailəsinə bir daha başsağlığı verərək onlara Allahdan səbr dilədi. O, Azərbaycan Ordusunun qüdrətindən, əsgər və zabitlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açdı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirdi. Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə Şəhid Elyarın valideynlərinə bir daha təşəkkür etdi. Qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar. Tədbirdə şəhid gizir Vətən müharibəsi qəhrəmanı Elyar Vəliyevin keçdiyi döyüş yolundan, göstərdiyi misilsiz qəhrəmanlıqlardan bəhs edilmiş, döyüş yoldaşları Elyar haqqında xatirələrini danışmışlar. Xüsusi Təyinatlı qüvvələrin giziri Şəhid Vəliye Elyar Arif oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “ Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.

Şəhidin ailəsi ziyarət edilib, şəhid Elyar Vəliyevin yaşadığı evin qarşısındakı barelyefin açılışı olub. Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Rəfiqə

Digər xəbərlər