PDF Oxu

Siyasət

  • 1 833

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhidin ildönümü mərasimində iştirak ediblər ANIM

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhidin ildönümü mərasimində iştirak ediblər ANIM

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər şəhid əsgər Əliyev Elvin Bəhruz oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhidin Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindəki Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilmiş, üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra mərasim iştirakçıları Vətən müharibəsi şəhidi Elvin Əliyevin ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək, Allahdan rəhmət diləmişlər.

V.Seyidov şəhidin atasına Vətən Müharibəsi şəhidlərinin simvoluna çevrilmiş "Xarı bülbül" təsvirinin içərisində şəhidin şəkli toxunmuş xalçanı təqdim etmişdir. Qeyd edək ki, şəhid əsgər Elvin Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə, şəhidin ailə üzvləri Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər