YAP Qax rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq- mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət edərək, məzarı üzərinə gül-çiçək dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.Həmçinin, partiya fəalları şəhid ailələri və qazilərin evlərinə baş çəkərək, onların qayğıları ilə maraqlanmış, dövlətimizin hər zaman onların yanında olacağını qeyd etmişlər. Şəhid və qazi ailələri də göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.
ZÜMRÜD BAYRAMOVA