Siyasət

  • 1 929

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Respublikasının milli dövlətçilik strategiyasının banisidir ŞƏRH

image

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Bizim taleyimizdə bu dönüş nöqtəsi heç şübhəsiz Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışıdır. XX-XXI əsrlərin qovşağında Azərbaycan Respublikasının demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir ölkə kimi formalaşması ümummilli lider Heydər Əliyevin uğurlu daxili, xarici siyasi fəaliyyətinin nəticəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi. O dövrdə vətənimizdə ictimai-siyasi gərginliyin, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı.Ölkə parçalanmaq və dağılmaq astanasında olduğu bir şəraitdə Azərbaycan xalqı vəziyyətdən çıxmaqdan ötrü xilaskar axtarırdı. Belə bir şəxs isə yalnız o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan ümummilli lider Heydər Əliyev idi. Xaqın təkidli tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev 1993-cü ilin 15 yun tarixində Ali Sovetin sədri seçildi. Ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkənin həyatında böyük tarixi hadisə oldu. Sabaha ümidi yaranan və rahat nəfəs alan Azərbaycan xalqı üçün 15 iyun qurtuluş, onun özü üçün isə çətin xilaskarlıq missiyasının başlanması günü idi. Ölkədə ağır və mürəkkəb şəraitin hökm sürdüyü bir zamanda parlamentin sədri seçilən Heydər Əliyevin qarşısında dövlətçilik təfəkkürü olan insanları və xalqı birləşdirib Azərbaycanı parçalanmaqdan, ölkəni dağılmaqdan, xalqı vətəndaş müharibəsindən qurtarmaq və Ermənistanın hərbi təcavüzünü dayandırmaq kimi ən təxirəsalınmaz məsələlər dayanırdı. O, xilaskarlıq missiyasını yerinə yetirməli idi. Belə bir şəraitdə ölkə prezidenti olan Əbülfəz Elçibəyin Bakı tərk etməsi və öz vəzifəsini icra edə bilməmi siyasi vəziyyəti daha da çətinləşdirmişdi. Artıq ölkədəki problemlərin həllinin bütün ağırlığı tamamilə ulu öndər Heydər Əliyevin çiyinlərinə düşmüşdü. Belə ağır şəraitdə 1993-cü ilin iyun ayının 24-də Azərbaycan parlamenti Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə keçməsi haqqında qərar qəbul edilmişdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu öndər Heydər Əliyev hələ Ali Sovetə rəhbərlik etməyə başladığı vaxtdan parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycan Respublikasını zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Bu gün biz əminliklə deyə bilərik ki, müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycan Respublikasının müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməzdir. Ulu öndər Heydər Əliyevin layiqli və siyasi varisi olan cənab Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında ulu öndər Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Bu Zəfərə gedən yolun əsasında eləcə də, regionda yaranan reallıqlarda dünya şöhrətli dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin ölməz ideyaları dayanır. Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat və idarəetmə təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirib. Bu gün biz fəxr edirik ki, bizim taleyimiz ulu öndər Heydər Əliyevin ideyaları və fəaliyyəti ilə bağlıdır.

Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər