Siyasət

  • 1 953

Ərzaq təhlükəsizliyi ŞƏRH

image

Məlum olduğu kimi, ölkə Prezidenti Cənab İlham Əliyevin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi və müsahibə zamanı söylədiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev müsahibə zamanı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası məsələlərinə toxunaraq Ağsu və İsmayıllı rayonlarında infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır, eyni zamanda qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji prioritetləri sırasındadır. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanması, kənd təssərrüfatının inkişafı uğurla həyata keçirilməkdədir. Bu gün dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyatı olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və bu istiqamətdə uğurlu nəticələr əldə olunmaqdadır. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi əsas prioritet istiqamətlərdən biridir. Xüsusi ilə qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizdə kənt təsərrüfatının inkişafı istiqamətində də mühüm addımlar atılmaqdadır. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərimizdə taxılçılığın, bağ təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi üçün böyük layihələr uğurla icra olunmaqdadır. Bildirmək istərdim ki, işğaldan azad olunmuş Ağdam rayonunda da kəndtəsərrüfatının inkişafı istiqamətində tədbirlər bu gün də uğurla davam etdirilməkdədir. Ağdam rayonunun böyük aqrar potensialı var. Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması, taxılçılığın və pambıqçılığın inkişafı gələcəkdə öz müsbət töhfələrini verəcəkdir. Bu gün Azərbaycan bölgədə və regionda öz sosial-iqtisadi dinamik inkişafı ilə fərqlənən, böyük iqtisadi potensiala malik olan nüfuzlu bir dövlətdir.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər