PDF Oxu

Siyasət

  • 2 232

27 sentyabr Anım Günü olaraq daim qəlbizimdə yaşayacaqdır! ŞƏRH

image

31-il bundan öncə Azərbaycan Respublikası Müstəqilliyinin bərpasını yaşamışdır. Düzdür, o dövr üçün ölkəmiz o qədər də güclü iqtisadiyyata malik deyildi. Yenicə müstəqillik əldə edən dövlətimizin, bütün sahələri olduğu kimi ordu quruculuğu da tam qurulmamışdır. Bu vəziyyətdən istifadə edən ermənistan öz daxili xislətlərini aşkara çıxardaraq təxribatlara başladılar. Bunun da nəticəsi olaraq torpaqlarımızın bir qismi işğal altına düşdü və bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldular. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Onların siyasəti tam şəkildə Azərbaycançılığa qarşı idi. Bu ermənistanın qarşısına qoyulan ən mühüm tapşırıq kimi dövlət siyasətində yer alırdı. Ermənistan tərəf elə düşünürdür ki, işğal etdikləri torpaqlar onların əbədi və əzəli torpaqları olacaqdır. Lakin Azərbaycan hakimiyyətinin rəhbərliyinə Ulu Öndər Heydər Əliyevin gəlməsi, daha sonra onun siyasi kursunu layiqli şəkildə davam etdirən Cənab Ali Baş Komandan İlham Əliyevin davam etdirməsi Azərbaycanı yüksələn xətdə inkişaf etdirdi. Bu inkişafın nəticəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməyi bacarmış oldu. Ölkənin iqtisadi kapitalı yüksəldi və ordu quruculuğu tam şəkildə hazır vəziyyətə gətirildi. Buna baxmayaraq ermənistan tərəf zaman-zaman öz təxribatlarını törətməklə məşğul idilər. Azərbaycan Respublikası isə onlara daim adekvat cavab verərək susdurmuşlar. Misal olaraq bildirmək istəyirəm,2016-ci ildə olan Aprel döyüşləri, Lələtəpə və Tovuz döyüşləri bunun əyani sübutudur, lakin rəsmi İrəvanın bundan bir nəticə çıxarmadığı hər kəsə məlum idi. 2020-ci ilin 27 sentyabr tarixində növbəti geniş miqyası hərbi təxribat və nəticəsi İkinci Qarabağ müharibəsi! 44-gün davam edən müharibədə Azərbaycan xalqı bir oldu! Ordu-İqtidar-Xalq birliyi öz sözünü dedi və Dəmir Yumruq Ermənistanı geri çəkilməyə məcbur etdi. İşğal altında qalmış əbədi və əzəli torpaqlarımız geri qayıtdı! Budur Azərbaycanın gücü! Budur Cənab Prezidentin siyasəti!

Qarabağ Azərbaycandır!

Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər