Siyasət

  • 3 145

Vətənin qəhrəman övladlarının ruhu şaddır!

image

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və təşkilat nümayəndələri, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, veteranlar, “N” hərbi hissəsinin əsgər və zabitləri və ictimaiyyət nümayəndələri Beyləqan rayonu ərazisindəki “Xocavənd” qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhidlər” Memorial Abidə Kompleksini ziyarət ediblər.

Tədbir “Şəhidlər” Memorial Abidə Kompleksi ərazisində şəhid ailələrinin üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası ilə başlayıb.
Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasim iştirakçıları şəhidlərin məzarları önünə tər qərənfillər düzərək, ruhlarına dualar oxuyublar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş bütün Vətən övladlarına Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyib. Bildirib ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 44 gün davam edən müharibə ilə son qoyuldu. Azərbaycan Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail olub, həm də bütün regionda yeni siyasi reallıqlar yaradıb.
44 günlük Vətən müharibəsi iştirakçısı ehtiyatda olan polkovnik-leytenant, Xocavənd Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz Mirzəliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Müşviq Hüseynov, Şəhid Elzamin Tağıyevin atası Eyvaz Tağıyev və digərləri çıxışlarında 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər.
Tədbirdə Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş edilib.

yap.org.az

Digər xəbərlər