Sosial

  • 4 399

Azərbaycanda çörəyin ucuzlaşması hansı səbəblərlə bağlıdır? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

image

"Bildiyiniz kimi, ötən il dekabr ayının əvvəllərində unun qiymətində ucuzlaşma müşahidə edildi. Bu da ümumilikdə dünyada taxıl və buğdanın ucuzlaşması ilə əlaqədar idi".Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.İqtisadçı bildirib ki, həmin ucuzlaşma öz nəticəsini çörəyin qiymətində hələ indi göstərdi: "Çünki belə qiymət dəyişiklikləri dərhal öz əksini tapmır. Ümumiyyətlə, taxıl və un məmulatları öncədən əldə edilir və stoklanır. Müəyyən qiymət dəyişiklikləri bir müddətdən sonra özünü göstərməyə başlayır. Eyni zamanda, sahibkarlar tərəfindən sabitliyin daha uzun sürməsi gözlənilirdi. Çünki unun qiymətinin aşağı düşməsi bəzən müvəqqəti xarakter daşıya bilir. Bununla əlaqədar keçən ilin dekabrında unun qiymətinin aşağı düşməsi stoklarda çörəyin qiymətinə də təsir edir. Bu sevindirici haldır. Artıq ölkədə rəqabətli bazar iqtisadiyyatı formalaşır. Bu da öz növbəsində qiymətlərə müsbət təsirini göstərir. Rəqabətlilik təmin ediləndə qiymətlər tələb-təşkil əsasında tənzimlənir və süni qiymət artımına yol verilmir".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər