Azərbaycan gələn ay İspaniyada beynəlxalq turizm sərgisində iştirak edəcək
Azərbaycan yanvarın 24-28-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək beynəlxalq turizm sərgisində (“FITUR 2024”) iştirak edəcək. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.Məlumata görə, Agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb. Sərgidə ölkəmizə məxsus 1 ədəd xalça, 4 ədəd yastıq, 200 ədəd mini paxlava və mini şəkərbura, 36 şüşə şərab, 4 kq fındıq nümayiş etdiriləcək.“FITUR 2024” turizm sektoru üçün ən böyük illik ticarət yarmarkalarından biri hesab olunur. Tədbirə 8,5 min iştirakçının və 136 min qonağın qatılması gözlənilir.
Anthropik işçi süni intellektlə bağlı şok faktları açıqlamaq üçün istefa verib...
Kadırov həm də müəyyən bir dəbi izləmək üçün çox uzun saqqal və qısa şalvar geyinən gənclərə müraciət edib...
Müharibə getdikcə mülki iqtisadiyyatdan pulları tükəndirir...