Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi-mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, ölkədən xoş hisslərlə ayrılır. SİA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəhbərlik etdiyi qurumun və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib."Agentliyin əsas məqsədi Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyalarından birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır. Bu baxımdan biz İƏT-lə əlaqələrə xüsusi önəm veririk. Təşkilatla uğurlu tərəfdaşlıq münasibətlərimiz mövcuddur və bu əməkdaşlığın turizm, eləcə də turizm təhsili üzrə inkişaf etdirilməsini yüksək qiymətləndiririk. Turizm Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri sayılır, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva turizmin inkişafına hər zaman öz dəstəyini hiss etdirir. Turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də insan resursları və keyfiyyətli kadr potensialının mövcudluğudur. Turizm birbaşa xidmət sahəsi olduğu üçün burada insan resursları amili digər sənaye sahələrindən daha çox rol oynayır", - deyə o qeyd edib.
Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...
Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...
Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?
Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...