Sosial

  • 1 938

UFAZ-da Yer elmləri və ətraf mühit problemləri ilə bağlı konfrans keçirilir

image

İyunun 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), bp şirkətinin baş sponsorluğu ilə UFAZ, CASPISNET, eigroup və ARPA İB-nin birgə təşkilatçılığı ilə “Xəzər hövzəsi keçid dövründə, yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” adlı konfransa start verilib. SİA xəbər verir ki, konfransın açılış mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, UFAZ-ın Yer elmləri departamentinin proqram rəhbəri Damien ölkəmizin COP 29-a hazırlaşdığı bir dövrdə UFAZ-ın belə böyük bir Beynəlxalq konfransa ev sahibliyi etməsinin önəmindən söz açıblar.Tədbirdə SOCAR-ın vitse prezidenti Arzu Cavadova, Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, bp şirkətinin nümayəndəsi Nazim Abdullayev, Cenevrə Universitetinin Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçısı Sassan Saatçi və başqaları Xəzər hövzəsinə dair konfransın enerji keçidi ilə bağlı çətinliklərə cavab olaraq yer elmlərində yeni yanaşmaların, metodologiyaların və məlumatların təqdim edilməsi və müzakirə olunmasını hədəflədiyini bildiriblər.Qeyd edək ki, konfransda Xəzər dənizi hövzəsinə dair mövzulara xüsusi diqqət yetiriləcək, keçid dövründə olan dünyanın problemləri, georesursların kəşfiyyatı və davamlılığı, geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması, həmçinin təbii və antropogen sistemlərin qlobal dəyişikliklərə davamlılığı kimi məsələlər araşdırılacaq. Onlayn və offlayn formatda keçirilən konfransda mühazirələr, şifahi təqdimatlar, həmçinin abstraktların və posterlərin nümayişi də olub. Təqdimat üçün 73 abstrakt göndərilib və onlardan 42-i şifahi təqdimat, 25-ı isə poster şəklində nümayiş üçün seçilib. 4 gün davam edəcək konfransda dəyirmi masalar, müazkirələr, palçıq vulkanlarında sahə təcrübəsi, qeyri-rəsmi müzakirələ və şəbəkələşmə kimi fəaliyyətlər də baş tutacaq. Konfransda həmçinin, COP29 çərçivəsində müzakirə olunması nəzərdə tutulan davamlılıq və iqlim dəyişmələri ilə bağlı məsələlərə dair mövzulara da toxunulacaq.Konfransa 4 əsas mövzu- “Xəzər hövzəsinin georesurslarının tədqiqi və qorunması”, “Geotəhlükələrin qiymətləndirilməsi və qarşısının alınması”, “Keçid dövründə iqlim dəyişikliyi və davamlılıq” və “Yer elmləri sahəsindəki sərhədlər” daxildir. Konfransa Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, İran, Fransa, Birləşmiş Krallıq, Türkiyə, Norveç, İsveçrə, Cənubi Afrika, İtaliya. Finlandiya və İsraildən də iştirakçılar qatılıb.4 gün ərzində konfransın əsas spikerləri Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) fəaliyyəti üzrə Türkiyə təmsilçisi və Dəniz Elmləri və Texnologiyası İnstitutunun professoru Günay Çiftçi, Tel-Əviv Universitetinin professoru, həmçinin ADNSU-nun fəxri professoru Lev Appelbaum, Milan Katolik Universitetinin professor assistenti Matteo Tarantino, Kosmik Geofiziki Okeanoqrafiya Laboratoriyasının (LEGOS) nümayəndəsi Jan Fransua Kreto, ABŞ-ın Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunun (ESRİ) Beynəlxalq Tədqiqatlar üzrə direktoru Sohail Elabd, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda tədqiqatçı Rodriqo Labardini və Kaliforniya Texnologiya İnstitutunun Reaktiv Hərəkət Laboratoriyasında Qlobal Karbon Dövranı və Ekosistem məsələləri üzrə baş elmi tədqiqatçı Sassan Saatçi olacaq.

Digər xəbərlər