PDF Oxu

Sosial

  • 5 086

“Qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiya tətbiq olunmayacaq” - EKSPERT DANIŞDI

image

“Təxminən 30 minə yaxın tikilinin "əmlak amnistiyası"nda yer almayacağı proqnozlaşdırılır. Bu cür evlərə çıxarışların verilməsi mümkünsüzdürx Ümumiyyətlə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər”. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Onun sözlərinə görə, qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil: “Çünki mövcud qanunvericilikdə açıq şəkildə qeyd olunub ki, magistral xətlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi yerlər, eləcə də aktiv mədən və vulkanik ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Düşünürəm ki, proqram icra olunarkən həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi aktual olacaq. Lakin bu o demək deyil ki, hökumət dərhal 30 minə yaxın ailəni bir gecədə çölə tökəcək".Ekspert deyib ki, ölkə rəhbərliyi bu istiqamətdə qərarlar qəbul edərkən sosialyönümlü hökumət platformasının yaradılmasını əsas götürür: “Burada da əsas məsələlərdən biri vətəndaş məmnunluğudur. Bu mənada düşünmürəm ki, Azərbaycan hökuməti təxminən bir milyon evi sənədləşdirərkən 3-5 faizlik kütləni nəzərə almasın. Çox güman ki, bu məsələ ya vətəndaşa kompensasiya ödənilməsi, ya da başqa ərazilərə köçürülməsi yolu ilə öz həllini tapacaq".

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...