Yanvarın birindən bütün növ əmək pensiyaları artırılacaq. SİA "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, 1 milyondan çox vətəndaşın pensiyasında artım olacaq. 2025-ci ildə bütün növ əmək pensiyaları artırılacaq və bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb. Millət vəkili Vüqar Bayramov bildirib ki, indeksləşdirmə əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçiriləcək. Millət vəkili əlavə edib ki, vətəndaşlar pensiyalarını qarşıdakı ilin ikinci ayından etibarən artımla birlikdə ala biləcəklər.
Təkrarlanan epizodlar, xüsusən də göyərmə və ya diş ətlərinin qanaması ilə müşayiət olunursa, diqqət tələb edir...
Bu, məzun mərasimlərində ən məşhur sitatlar biridir...