PDF Oxu

Sosial

  • 1 015

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

image

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. BŞİH-dən SİA-ya verilən məlumata görə, müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub, konkret tapşırıqlar verilib.

Bakı şəhərinin mövsümi gül və çicəklərin sayının artırılmasının vacibliyi vurğulanıb.

İcra başçısı Eldar Əzizov ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrindən danışıb.

O, Bakı şəhərinin inkişafı, mənzil fondunun yenilənməsi, ictimai nəqliyyatın müasirləşdirilməsi, o cümlədən infrastrukturun inkişafı, yeni park və bağların salınması istiqamətində həyata keçirilən proqramlar barədə məlumat verib:

"Heç kimə sirr deyil ki, bütün bu layihələr milyardlarla investisiya tələb edir və bu miqyasda maliyyə vəsaitlərinin yatırılmasının ölkənin digər sahələrinə mənfi təsir etməməsi, dövlət rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi modelin uğurla işlədiyini aydın şəkildə nümayiş etdirir. Əksinə, sosial sahənin inkişafına xüsusi diqqət yetirilir, infrastrukturun yenilənməsi ilə bağlı genişmiqyaslı işlər həm paytaxtda, həm də ən ucqar bölgələrində həyata keçirilir".

Digər xəbərlər