PDF Oxu

Sosial

  • 591

1941-1945: unudulmaz 5 il

image

Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətini heç vaxt unutmayacaq. Çünki bu beşillik zaman kəsiyi bütün acıları, ağrıları ilə yaşanıb. Minlərlə oğul və qızımız 1941-ci ildə müharibəyə yollanıb. Onlar arxada bir ailəni, həyat yoldaşını, nişanlı qızı, sevgilini buraxıb gediblər. Qayıdanlar sağlamlığını itirsə də, yenə də ata-ana, bacı-qardaş, həyat yoldaşı, övlad, sevgili hicranını vüsal edə biliblər. Qayıtmayanların isə arxada qoyduqlarına qovuşmaq hissi, ürəklərindəki min bir istək və arzu Rusiyanın ucsuz-bucaqsız torpaqlarına gömülüb. Nə arzular ürəklərdə dəfn olunub. Nə göz yaşları məktublarda saralıb, nə nisgillər kağız parçalarına tökülüb. Nə gözlər illərlə yollarda qalıb. Neçə-neçə analar hər qapı döyüləndə “bəlkə yoldaşımdır, oğlumdur, gəlib”,- deyə qapıya yaxınlaşıb. Və ümidi elə oradaca yenidən qırılıb.

Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib.

Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içib Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar.

Biz müharibələr, acılar, itkilər görmüş bir xalqıq. Şəhidin, qazinin acısını yaşamış bir xalqıq. Belə isə eyni taleni yaşayan insanları unutmaq olarmı? 90-cı illərdə hakimiyyətdə olanlar sərsəmləsələr də, bunun Ulu Öndərimiz tərəfindən qarşısı alındı. Yoxsa bu gün bunun əzabını çəkərdik. Birinci və İkinci Vətən müharibələrində itirdiyimiz balalarımızı, qazilərimizi hər an ananda İkinci Dünya müharibəsinə gedib qayıtmayan minlərlə övladımızın taleyi ilə bağlı tarixin silinməsini özümüzə bağışlaya bilməyəcəkdik.

Bu gün onlara qayğı ilə yanaşılması, anılması üçün Ümummilli Liderimizə borcluyuq. O, böyük bir tarixi sərsəmlərdən xilas etdi, qorudu. Odur ki, Ulu Öndər hər zaman Azərbaycan xalqının qəlbində yaşayır, həm də böyük minnətdarlıq hissi ilə. Bu gün isə Prezident İlham Əliyev həmin diqqət və qayğını davam etdiir.

İkinci Dünya müharibəsində həlak olanların, yaralananların, zəhməti ilə kömək olanların həyat yolu bugünkü və gələcək nəsil üçün nümunədir. Elə bu nümunə ilə tərbiyə etdiyimiz gəncliyimiz milli ordu sıralarında 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük vətənpərvərlik və fədakarlıq göstərdi. Vətəni qorumaq nümunəsi nümayiş etdirdi. 30 il işğal altında qalan Qarabağı və Şərqi Zəngəzuru düşməndən geri aldı, Azərbaycan bayrağını doğma yurd yerlərimizin, ata-baba ocaqlarının köksündə ucaltdı. Həmvətənlərimizin hər birindən isə İkinci Dünya müharibəsində arxa cəbhədə necə hünər göstərilmişdisə, bu müharibədə də onu gördük. Başqa cür ola da bilməzdi. Çünki bu, bizim zəngin mənəvi dəyərlərimizdən irəli gəlir.

Hər bir tarixi yaşandığı üçün qorumaq gələcək nəsillərin borcudur. Bu gün həmin tarixi günləri anmaqla, xatırlamaqla, tədbirlər keçirməklə vətəndaş olaraq vəzifəmizi yerinə yetiririk. Həmişə də belə davam edəcəyik. Çünki onların hər birinin xatirəsi xalqımız üçün əzizdir.

Faşizm üzərində qələbədən 81 il ötür. Faşizmə qarşı mübarizədə ön cəbhələrdə fəallıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz bizim üçün qürur və iftixar mənbəyidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

Mətanət Məmmədova

Digər xəbərlər

Bal həqiqətənmi bu qədər faydalıdır?

Bu məhsul əsrlər boyu dərman kimi istifadə edilmişdir...

Termosun qapağı göz çıxardı: üç nəfər görmə qabiliyyətini itirdi...

Adi bir məişət əşyası gözləniləndən təhlükəli oldu...

Mütəxəssis diş minasına zərər verəcək qidaları müəyyən edib...

Dişlər niyə sarıya bənzəyir: Diş həkimi bunun əsas səbəblərini və mübarizə üsullarını müəyyən etdi...

Sosial gülüşün sirləri: niyə zarafatlardan daha çoxuna gülürük...

Alimlər insanlar arasında qarşılıqlı əlaqə və bağ qurmaq üçün vacib bir vasitə müəyyən ediblər...

Yuxuda necə pul qazanmaq olar..?

Mütəxəssislər passiv gəlir haqqında həqiqəti açıqlayırlar...