PDF Oxu

Sosial

  • 551

“Cənnətim Qarabağ” - FOTO

image

Hər il olduğu kimi bu il də Şuşada mayın 14-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Festivala Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsəri ilə start veriləcək.

Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıb. Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Festivalda korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcək.

"Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı mayın 15-də başa çatacaq.

İlham

Digər xəbərlər