Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Samir Kərimov, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, Almaniyanın Marburq Filipp Universitetinin professoru, sualtı arxeologiya üzrə tanınmış mütəxəssis Winfried Held və Münhen Universitetinin doktoru, klassik arxeologiya və incəsənət tarixi üzrə ekspert Latife Summerer Xəzər dənizinin Lənkəran şəhəri hissəsində arxeoloji kəşfiyyat işləri apardığı zaman burada orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəliblər. Tapıntılar XI-XIII əsrlərdən qalma çoxsaylı şirsiz və şirli saxsı qab fraqmentlərdən ibarətdir. Arxeoloqların ehtimallarına görə, vaxtilə bu ərazidə Orta əsrlərə aid yaşayış məskəni olub, sonralar Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində həmin yaşayış yerinin bir hissəsi su altında qalıb.
Mütəxəssislər şəhərin dəmir yolu stansiyasının yaxınlığındakı sahilboyu ərazini təxminən 2 kilometr radiusda ətraflı şəkildə nəzərdən keçirib, həmçinin gələcəkdə burada müasir metodlardan istifadə olunmaqla daha geniş arxeoloji, sualtı tədqiqatların aparılması imkanlarını müzakirə ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...