Dağlar diyarı Lerikin Qılqılov kəndində dünyaya öz açmış Zamin Ramin oğlu Fərəcov ömrünün ən gözəl cağlarını yaşayır. Bu 17 yaşlı vətənpərvər oğlan artıq idmanda qazandığı yaşının çərçivəsinə sığmayan uğurlarla dünyanın bir çox ölkəsində yaxşı tanınır. Odur ki, Lerik camaatı öz möhtəşəm qələbələri sayəsində doğma Azərbaycanın adına şöhrət gətirən Zamini əsl övlad məhəbbəti ilə sevir, hər yerdə ona dərin ehtiram göstərirlər.
Bəli, Zamin lap kiçik yaşlardan idmanın karate növünə maraq göstərir. Hazırda onun sərrafı olmaqla qatıldığı yarışlarda yüksək səviyyə nümayiş edə bilir . Bu günlərdə gənc idmançı Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında karate üzrə 18-22 yaş qruplarında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Beləcə Avropa çempionu olmaqla Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımızı ən uca zirvəyə qaldırıb.
Bu sevindirici xəbəri mənə çatdıran Əməkdar jurnalist, “Lerik” qəzetinin redaktoru İdris Şükürlü onu da əlavə etdi ki, Zamin bütün varlığı ilə doğma Vətəninə, xalqına bağlı ağıllı bir yeniyetmədir. Haqqa, ədalətə tapınmaqla başqasına işıq olub özünə xoşbəxtlik çələngi hörmək onun həyat kredosudur. İndidən qoynuna gəldiyi torpağı qürurla dünyaya göstərməyi bacarır. Zaminin uğurları hələ çox olacaq. Onunla fəxr etməyə dəyər...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
...siqaret çəkmə nəticəsində hansı xəstəliklər yarana bilər? Tütün tüstüsü tənəffüs yollarına və ağciyər toxumasına zərər verir və xroniki öskürəyə səbəb olur.
285.000 dollar dəyərində olan zirehli canavar avtomobil həvəskarlarını şoka salıb...
Psixoloqlar “tərəfdaşdan ikrah” sindromunu izah edirlər. Həyat yoldaşınıza qarşı qəribə bir ikrah hissi bədəndən münasibətlərdəki gizli problemlər barədə bir siqnal ola bilər...