Masallı şəhərində “3 İyun - Ümumdünya Velosiped Günü” münasibətilə veloyürüş keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Masallı Rayon Polis Şöbəsinin və Bioloji Təbabət İnteraqtiv Müalicə Mərkəzinin Masallı filialının dəstəyi sayəsində baş tutan idman tədbirində əsas məqsəd rayonda sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkili olub.
Gənclərin, idmançıların və rayon ictimaiyyətinin böyük maraq göstərdiyi veloyürüş Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı mərkəzi meydandan start götürüb.
Təhlükəsizlik qaydalarına tam riayət olunmaqla yürüş iştirakçıları şəhid İntiqam Əsgərli küçəsi, Bakı prospekti və Heydər Əliyev prospekti üzrə hərəkət edərək müəyyən olunan marşrutu uğurla qət edib Masallı Olimpiya İdman Kompleksinin qarşısında başa vurublar.
Təşkilatçılar tərəfindən qeyd olunub ki, bu cür kütləvi idman tədbirlərinin mütəmadi keçirilməsi rayonda ekoloji təmiz nəqliyyat vasitələrinə olan marağı artırmaqla yanaşı, həm də gənc nəslin fiziki sağlamlığının möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.
Yüksək coşqu, idman ruhu ilə keçən veloyürüşün sonunda iştirakçılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar verilib.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Elektrikli avtomobillər bazarın 27,8 faizini təşkil edir...
...siqaret çəkmə nəticəsində hansı xəstəliklər yarana bilər? Tütün tüstüsü tənəffüs yollarına və ağciyər toxumasına zərər verir və xroniki öskürəyə səbəb olur.