PDF Oxu

Sosial

  • 634

Masallıda su aparıcı kanallar təmizlənir - FOTO

image

Masalıda su aparıcı kanalların təmizlənməsinə başlanılıb. Belə ki, Boradigah bələdiyyəsinin təşəbbüsü, xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilən işlərin keyfiyyətinə xüsusi diqqət yetirilir, onun vaxtında başa çatdırılmasına səy göstərilir.
Təmizləmə işləri Boradigah ərazisində Babaser kəndindən başlayaraq Mollaoba–Qumbaşı istiqamətində uzanan su aparıcı kanalları əhatə edir. Layihə çərçivəsində ümumilikdə 6 kilometr uzunluğunda kanalın lildən təmizlənməsi nəzərdə tutulub. Qısa zaman kəsiyində kanalın 1 kilometrlik hissədə təmizləmə işləri başa çatdırılıb.
Məlumat üçün bildirək ki, həyata keçirilən tədbirlər ərazidə sel və yağış sularının maneəsiz axınının təmin edilməsinə, daşqın riskinin azaldılmasına, əkin sahələrinin və həyətyanı torpaq sahələrinin su basmasının qarşısının alınmasına, eləcə də meliorativ vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər