PDF Oxu

Sosial

  • 3 435

Boşanmada 3 pişiklə bağlı qərar: xərcləri ödəyəcək, lakin onları görə bilməyəcək

Boşanmada 3 pişiklə bağlı qərar: xərcləri ödəyəcək, lakin onları görə bilməyəcək

İstanbul Ailə Məhkəməsi qarşılıqlı razılıq əsasında boşanmış iki il evli olan cütlüyün üç pişiyi ilə bağlı diqqətçəkən bir qərar çıxarıb.

Boşanma işi üzrə məhkəmə Latte, Simba və Müjgan adlı pişiklərin qadında qalmasına və onların baxım xərclərinin tərəflər arasında bölüşdürülməsinə qərar verib. Həmçinin keçmiş ərin pişikləri görmək və onlarla şəxsi təmas qurmaq barədə tələbini rədd edib. Nəticədə kişi ev heyvanlarının xərclərini qarşılamağa davam edəcək, lakin məhkəmənin qərarına əsasən onları görmək hüququna malik olmayacaq.

Digər xəbərlər