Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında xalqına, dövlətinə sədaqətli xidmət edən sağlam əqidəli, cəmiyyətdə sayılıb-seçilən partiya üzvlərin yubileylərini qeyd etmək artıq gözəl bir ənənə halını almışdır. Dağlar diyarında Tofiq Qəndam oğlu Məmmədov nümunəvi şəxsi keyfiyyətləri, xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri, ziyalılığı, başqalarına diqqət və qayğısı ilə yaxşı ad qoymuşdur. Bu dəyərli şəxsiyyət, müdrik ağsaqqal partiyanın veteran üzvü olaraq insanların yaxşı yaşaması, doğma rayonun inkişafı naminə qəlbinin odunu, hərarətini əsirgəmir. Məhz təşkilatın qərargahında keçirilən növbəti tədbir Tofiq Məmmədovun anadan olmasının 65 illik yubileyinə həsr olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və YAP Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov yubilyar haqqında danışanda bildiriblər ki, Tofiq Məmmədov uzun illər ərzində dövlətçiliyimizə, Yeni Azərbaycan Partiyasının ideyalarına və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı siyasi xəttə sadiqliyi ilə seçilən nüfuzlu partiya veteranlarından biridir.
Həmçinin dövlətə sədaqəti, fəal ictimai mövqeyi və partiya sıralarında göstərdiyi nümunəvi fəaliyyət yüksək qiymətləndirilib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.
Yubilyar göstərilən diqqət və ehtirama, ünvanına deyilən ürək sözlərə, səmimi təbrik və xoş arzulara görə YAP Lerik rayon təşkilatının rəhbərliyinə və tədbir iştirakçılarına dərin minnətdarlıq ifadə edib.
Tədbirin sonunda Tofiq Məmmədova 65 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Alimlər 2015-ci ildən bəri qlobal istiləşmənin kəskin sürətlənməsini aşkar ediblər...
Texnologiya bizə yuxunu, ürək döyüntüsünü, stress səviyyələrini və daha çoxunu izləməyə imkan verir. Bəs bu, gəncliyi uzatmağa necə kömək edə bilər?