PDF Oxu

Sosial

  • 591

XTQ qəhrəmanlarının irsi - FOTO

image

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinin iştirakçıları ötən gün Masallıda olublar.
Əvvəlcə iştirakçılar rayonun Musaküçə kəndində keçmişdən bizə yadigar qalan həsirçiliyi yaşadan sənətkarların yanında olub, eləcə Heydər Əliyev Mərkəzinin qarşısında dulusçuluq fəaliyyəti ilə bağlı görülən işlərə və istehsal prosesinə baxış keçirib, eyni zamanda peşəkar uşaq psixoloqu Leyla xanım tərəfindən uşaqlar üçün maraqlı və interaktiv təlimlər təşkil edilib.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov düşərgə iştirakçıları ilə görüşüb. Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi və Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkındakı abidə ziyarət olunaraq önünə gül dəstələri qoyulub.
Görüşdə müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, görkəmi siyasi xadim Heydər Əliyevin və Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səslənib.
Araz Əhmədov düşərgə iştirakçıları ilə səmimi söhbət apararaq onların valideynlərinin keçdiyi qəhrəmanlıq yolundan, Vətən uğrunda göstərdikləri şücaət və fədakarlıqdan danışıb. Bildirib ki, ölümsüzlüyə qovuşan qəhrəman Vətən övladların həyat və mübarizə yolu gənc nəsil üçün əvəzsiz örnəkdir.
35 şəhid övladı və 27 qazi övladı olmaqla, ümumilikdə 62 nəfərin iştirak etdiyi görüş uşaqlarda Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət, şəhid və qəhrəmanların irsinə sədaqət hisslərinin aşılaması baxımından əhəmiyyətli olmuşdur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər