PDF Oxu

Sosial

  • 451

Sağlam nəsil – güclü gələcək - FOTO

image

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam məhəllə” idman zonasında uşaqlar arasında keçirilən “Sağlam nəsil – güclü gələcək” adlı əyləncəli idman oyunları, yarışları maraqla qarşılanıb.
Tədbirdə uşaqlar müxtəlif əyləncəli idman oyunlarında iştirak edərək həm sağlam rəqabət aparıb, həm də maraqlı və yaddaqalan vaxt keçiriblər.
Onu da bildirək ki, tədbirin təşkilində məqsəd uşaqlarda idmana marağın erkən yaşlardan formalaşdırılması, sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, komanda ruhunun və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi olub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər