PDF Oxu

Sosial

  • 645

“Qərbi Azərbaycan abidələri” adlı gənclərlə görüş

image

Respublikamızın cənub qapısı Astara Gənclər evi sosial xidmət müəssisəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ”Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Qərbi Azərbaycan abidələri” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbirdə çıxış edənlər erməni vandalları tərəfindən işğal olunmuş Azərbaycanın əzəli ərazilərində xalqımıza məxsus tarixi və memarlıq abidələrinin büsbütün dağıdıldığı, vəhşicəsinə talan olunduğu diqqətə çatdırib, ermənilərin bu ağıla sığmaz vəhşiliyini əks etdirən məlumatların dünya ictimaiyyətinə daha ətraflı, mütəmadi olaraq bildirməyi deyiblər.
Natiqlər, həmçinin bu sahədə dövlətimiz tərəfindən lazımi və ardıcıl tədbirlər gördüyünü söyləyib, eyni zamanda gənc nəslin də xalqın maddi və mənəvi yaddaşını qoruyub, çətin sınaqlardan çıxan abidələrin qorunmasına dəstək olmağının vacibliyi vurğulanıb.
Yekunda “İrəvan: gizlədilmiş həqiqətlər” adlı sənədli filmi nümayiş olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər