Ölkəmizdə atalıq məzuniyyəti ilə bağlı çox yazılıb və ya danışılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni rəsmi rəqəmlərlə ifadə edib. Nazirliyin məlumatına görə, Azərbaycanda 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib. Mməzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd olunur ki, mMəzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir: “Bundan sonra işəgötürən tərəfindən işçiyə ödənişli atalıq məzuniyyəti verilir. Bu barədə əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində e-qaydada formalaşdırılır".
İlham
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...