“Müəllim elə bir gərəkli və xeyirxah missiyanın daşıyıcısıdır ki, onun gördüyü işi heç kim görə bilməz.”
Bu səmimi fikirlər “5 Oktyabr –Beynəlxalq Müəllimlər Günü” münasibətilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən Lerik rayonunda müəllimlərlə keçirilən görüşdə bildirilib.
Tədbirdə Yap Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayonun təhsil ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər.
Müəllimləri peşə bayramı münasibətilə təbrik edən Malik Mirzəyev onların cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolundan danışaraq deyib:- Müəllim yalnız bilik öyrədən deyil, eyni zamanda gənc nəslə milli-mənəvi dəyərləri aşılayan, vətənpərvər və layiqli vətəndaşların yetişdirilməsinə töhfə verən böyük bir şəxsiyyətdir.
Natiq müəllimlərə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamaqla öz çıxışını bitirib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə təbrik edib və müəllim əməyinin hər zaman yüksək qiymətləndirildiyini vurğulayaraq, təhsil sahəsində çalışan hər bir pedaqoqa möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmçinin savadlı, vətənpərvər və yüksək dünyagörüşünə malik gənclərin yetişdirilməsində müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.
Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışan Lerik rayon Peşə Məktəbinin müəllimi, I Qarabağ müharibəsi veteranı və şəhid qardaşı Namiq Bağışov çıxışında bildirib ki, müəllimlik peşəsi şərəfli və məsuliyyətli missiyadır. Mən qəlbinin odunu, gözünün nurunu insanların işıqlı gələcəyi üçün əsirgəməyən müəllimləri peşə bayramı münasibətilə təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram .
Təhsil sahəsində səmərəli fəaliyyət göstərən və fərqlənən bir qrup müəllimə fəxri fərmanlar təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...