Vətən müharibəsində canından keçib xalqına Zəfər sevincini yaşadan minlərlə şanlı- şöhrətli oğlumuz var. Onlardan biri də Lerik rayonu, Tikəband kəndində dünyaya göz açmış dağlar qartalı, şəhid Tamerlan Xankişi oğlu Süleymanovdur. Daşına, torpağına qurban dediyi, qeyrətinə tapındığı doğma Azərbaycanın hər yerini özünə əziz bilən Lerikli balası sonra Binə qəsəbəsində yurd yuva qurur. Hazırda canından əziz tutduğu torpağın sinəsinə baş qoyub yatdığı yer Binə Şəhidlər xiyabandır. Bu günlər şəhidin doğum günü məzarı başında qeyd olunub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə Tamerlan könüllü gedir. Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən haqq savaşımızda iştirak edir. Oktyabr 27-də Füzuli döyüşləri zamanı qana susayan erməni dığalarını qanda boğmaqla qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Tamerlan Süleymanov ölümündən sonra "Vətən uğrunda", “ Cəsur döyüşçü”, eləcə Cəbrayılın, Füzulinin azadlığına görə medallarına layiq görülübdür.
Canını Vətənə fəda edən qəhrəman cismən aramızdan gedib, harada bir Günəş müqəddəsliyi var, sorağı oradan gəlir. Köç etdiyi könüllərdə yaşayır Tamerlan. Həm də Azərbaycanımız var olduqca, şəhidimizin xalq üçün qəhrəmanlıq simvoluna dönən adı dillərdən düşməz.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Yoxlamadan sonra onlar dövriyyədən çıxarılıb…