PDF Oxu

Sosial

  • 1 084

Ağsaqqalların cəmiyyətdə rolu

Ağsaqqalların cəmiyyətdə rolu

Lerik rayonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsi davam edir. YAP Lerik Rayon Təşkilatı tərəfindən rayon ağsaqqalları ilə keçirilən görüş də məhz bununla bağlı idi.

Azərbaycan Respublikasının Dövlət Himnin sədaları altında başlanan tədbirdə dahi şəxsiyyət, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin, eləcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü açıb dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən, Azərbaycanın sosial-iqtisadi inkişafından, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsindən və milli maraqlarımızın qorunmasından bəhs edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, həmçinin YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə görülən işlər və qarşıda duran hədəflər barədə fikirlərini bölüşüb.

Çıxış edən Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov ağsaqqalların cəmiyyət həyatındakı rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb,
Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasətindən, ölkəmizin inkişafı və əldə olunan nailiyyətlərdən tutarlı faktlar əsasında söhbət açıb.

Görüşə qatılan digər ağsaqqallar da müzakirələrə qoşularaq öz fikir və mülahizələrini bildiriblər. Çıxışlarda dövlət siyasətinin prioritetləri, ölkəmizdə aparılan quruculuq işləri, ictimai həmrəyliyin möhkəmləndirilməsi və ağsaqqalların gənc nəslin tərbiyəsindəki rolu diqqətə çatdırılıb.

Tural Əliyev,

Lerik rayonu Əli Hüseynov adına Dəstər kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi

Digər xəbərlər