Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik “Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır. Nazirlikdən SİA-ya verilən məlumata görə, bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək. Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
sia.az
Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...
Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...
Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?
Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...
Bu, elektrik krossoveridir...