Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib. SİA xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına görə, bu məbləğin 17 milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına çatıb.Yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50146 nəfər) subsidiya alıb. Bu fermerlərin 19515 nəfəri pambıq istehsalçısıdır.Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27 910 fermerə 4 525 500 subsidiya ödənilib.Xatırladaq ki, 19 min nəfərə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.
sia.az
Anthropik işçi süni intellektlə bağlı şok faktları açıqlamaq üçün istefa verib...
Kadırov həm də müəyyən bir dəbi izləmək üçün çox uzun saqqal və qısa şalvar geyinən gənclərə müraciət edib...
Müharibə getdikcə mülki iqtisadiyyatdan pulları tükəndirir...