Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycanda da tətbiq edilə bilər. SİA xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır: "Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".
Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı 7 vaksin və 10 dərman hazırlığı üzrə araşdırmalar aparılır. “TURKOVAC” ikinci fazaya qədər uğurla sınaqdan çıxan vaksin hesab edilir.
Müharibə getdikcə mülki iqtisadiyyatdan pulları tükəndirir...
Saqqız həqiqətən həzm olunmazdır, amma bundan qorxmağa ehtiyac yoxdur...