Yağlı dərinin üzərində tez-tez qara nöqtələr əmələ gəlir. Nəticədə dəri çirkli və baxımsız görünür. SİA xəbər verir ki, həmçinin tıxanmış məsamələr iltihablaşa bilər ki, nəticədə sızanaqlar əmələ gəlir.
Maskanın tərkibi:
- 2 ç.q. jelatin
- 1 həb aktivləşdirilmiş kömür
- 2 ç.q. süd
- 1 ç.q. limon şirəsi.
Hazırlanması:
Kömürü əzin, jelatin, süd və limon şirəsi ilə qarışdırın.
Su hamamında 3-5 dəqiqə qızdırın ki, jelatin tam ərisin. Maska hazırdır.
Maskanı ilıq şəkildə problemli yerlərə (əsasən alın, burun, çənə) kiçik fırça və ya şpatelin köməyi ilə çəkin, 15 dəqiqə saxlayın və sonra ehtiyatla çıxardın.
Maskanı istifadə etdikdən sonra nəmləndirici krem çəkin. Maskanı əvvəllər hər 2 gündən bir 8-10 dəfə, daha sonra isə profilaktik olaraq həftədə 1 dəfə istifadə edə bilərsiniz.
Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...
Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...
Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?
Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...