Sosial

  • 3 446

“Sərrast atıcı-2022” yarışması keçirilib - FOTOLAR

image

Bu gün Salyan rayon İcra Hakimiyəti Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı, Salyan rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayonda atıcılıq idman növünün kütləviliyinə nail olmaq məqsədi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə “Sərrast atıcı-2022” yarışması keçirilib. SİA xəbər verir ki, tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və rayon ictimaiyyətinin nümayəndələri, Stend atıcılığı üzrə Olimpiya Çempionu, Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Tofiq Bəylərov, Olimpiya mükafatçısı, atıcılıq idman növü üzrə milli komandanın baş məşqçisi, əməkdar məşqçi İradə Aşumova, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi, Azərbaycan Atıcılıq Federasiyasının Salyan rayonu üzrə məşqçi-təlimatçısı İlkin Əhmədli və atıcılıq idman növü ilə məşğul olan yeniyetmələr, gənclər və böyüklər iştirak edirdi.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışmanın sonunda qaliblərin mükafatlandırılması mərasimi baş tutdu . İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Azərbaycan Atıcılıq Federasiyasının Salyan rayonu üzrə məşqçi-təlimatçısı İlkin Əhmədli bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi elə bir tarixi şəxsiyyətdir ki, onun haqqında danışanda yalnız həyatı və fəaliyyəti barədə deyil, dövlət idarəçiliyində təmsil olunduğu və Azərbaycan xalqının mühüm tarixi dövrünü əhatə edən bütöv bir qərinədən bəhs etmək lazım gəlir. Ümummilli Liderimizin xatirəsi həmişə xalqın qəlbində yaşayacaq. Yarışın keçirilməsində də əsas məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayonda atıcılıq idman növünün kütləviliyinə nail olmaqdır.

Sonra çıxış edən Stend atıcılığı üzrə Olimpiya Çempionu, Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bu yarışma rayonda atıcılıq idman növünün daha da kütləviləşməsinə təkan verəcək.

Sonra çıxış edən Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Tofiq Bəylərov bildirdi ki, Ulu Öndər Heydər Əliyevi böyük ehtiramla yad edirik. Cünki məhz onun müəyyənləşdirdiyi yolla inamla irəliləyən xalqın iradəsi bizi öz ərazi bütövlüyümüzə qovuşdurdu.

Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə “Sərrast atıcı-2022” yarışmasının qalibləri Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının medal və hədiyyələri ilə təltif edildilər.

Digər xəbərlər