“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib.
Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.
Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.
yap.org.az
Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...
Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...
Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?
Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...