Sosial

  • 5 009

İmişlidə ağacəkmə aksiyası keçirilib

image

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə İmişli rayon Şəhidlər Xiyabanı ərazisində və İmişli şəhər 8 saylı tam orta məktəbin həyətində ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib. SİA xəbər veri ki, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Vətən müharibəsi qəhrəmanı general-mayor Kənan Seyidov, general-mayor Rasim Babayev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilatı sədrləri və partiya fəallarının iştirakı ilə həyata keçirilən aksiya zamanı qeyd olunan ərazilərə 500-ə yaxın ağac əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də rayonda ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaqdır.

sia.az

Digər xəbərlər