PDF Oxu

Cəmiyyət

  • 4 956

Kollec və peşə məktəblərinin siyahısında dəyişiklik

image

Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin siyahısında dəyişiklik edilib. SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı ETN kollegiyası qərar qəbul edib.

Qərarla Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kolleci həmin siyahıya əlavə edilib.

Digər qərarla Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin siyahısında "Peşə təhsili mərkəzləri" bölməsinə aşağıdakı məzmunda əlavə edilib:

- Ağdam Dövlət Peşə Təhsil Mərkəzi
- Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Bərdə Dövlət Peşə Təhsil Mərkəzi
- Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi
- Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi
- Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Ticarət və Xidmət Sahələri üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
- Tovuz Dövlət Peşə Təhsil Mərkəzi

Eyni zamanda Salyan Peşə Liseyinin adı dəyişdirilərək Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyi adlandırılıb.

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...