PDF Oxu

İdman

  • 980

Ruzannanın qızıl medal sevinci...

image

Ruzanna Məmmədovanın adı artıq dünya idmançıları arasında yaxşı tanınır, müxtəlif ölkələrdə qalib olaraq Azərbaycanın üçrəngli bayrağını dəfələrlə ən yüksək zirvəyə ucalda bilib. Masallı rayonunda boya-başa çatan güləşçi qızımız Şimali Makedoniyada keçirilən qadınlar arasında U20 Avropa çempionatında möhtəşəm uğura imza atmaqla Azərbaycanın idman nailiyyətlərinə daha bir şərəf qatıb.
Məlumat üçün deyək ki, Ruzanna Məmmədova 62 kiloqram çəki dərəcəsində çempionata qatılıb. O, final görüşündə Türkiyəni təmsil edən Özdenur Özmezi 6:0 hesabı ilə məğlub edərək U20 Avropa çempionu adına layiq görülüb.
Bununla da Ruzanna Azərbaycan güləş tarixində U20 yaş qrupunda 3 qat Avropa Çempionu olan ilk qadın güləşçi adına sahib çıxıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər