PDF Oxu

İdman

  • 528

Luka Modriçin qızı da futbolçu olacaq...

image

Hazırda "Milan" klubunda çıxış edən Luka Modriçin qızı Ema Modriç, Madrid "Real"ının akademiyasına qəbul olunub. "Madrid Xtra" nəşrinin yazdığına görə, 13 yaşlı Ema daha əvvəl "Milan"ın U-13 komandasında çıxış edib. O, 2026-cı ilin yazında Turin şəhərində keçirilən "Coppa Garino" turnirində komandasının çempion olmasına kömək edib. "Milan" yarımfinalda "İnter"i, finalda isə "Yuventus"u məğlub edib.

Ema ailəsi İtaliyaya köçməzdən əvvəl də "Real"ın strukturunda məşq edib. Lakin həmin vaxt klubun akademiyasında onun yaş qrupuna uyğun qadın komandası olmadığı üçün kollektivə qoşula bilməyib.

Mətləb

Digər xəbərlər