15 sentyabr tarixində, 2026-cı il Avropa Voleybol Çempionatının qrup mərhələsinin son oyunları başa çatıb. Nəticələr fərqli və dqqət çəkəndir. İlk qarşılaşmada ötən ilki çempionatda böyük idaman uğurlaraı qazanan Ukrayna bu dəfə Polşaya 3 :0 hesabı ilə məğlub olub. B qrupunda keçirilən oyunda Portuqaliya Şimali Makedoniya üzərində inamlı qələbə qazanıb.C qrupunda Belçika Danimarkanı məğlub edib. Belçikalılar ilk seti itirdilər, lakin sonra təşəbbüsü geri almaqla ardıcıl üç set qələbə qazanmağa nail olublar.
A qrupunda Yunanıstan İsveçi məğlub edib. Bu, yunanların turnirdə ardıcıl ikinci qələbəsidir və pley-offa yüksəlmək şanslarını xeyli artırıblar. Dimitrios Muxlias 20 xalla qalib komandaya liderlik edir.
Onu da qeyd edək ki, İsveçrə D qrupunda Latviyanı məğlub edib.
İlham