Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan CNN Türk telekanalının canlı yayınında jurnalistlərin suallarını cavablandırıb. Türkiyə lideri Prezident seçkilərinin ikinci turundakı rəqibi olan CHP lideri Kamal Kılıçdaroğlunun Zəfər Partiyasının sədri Ümit Özdağla görüşməsi və aralarında olan razılaşma barədə danışıb. Ü.Özdağın CHP liderini müdafiə etməsi müqabilində qarşı tərəfin ona 3 nazir postu vəd etdiyini açıqlayıb: “Bu adam K.Kılıçdaroğlu ilə görüşməzdən əvvəl mənim müavinim Numan Kurtulmuş ilə görüşüb. Bir sıra nazir postlarını tələb etmiş. Xüsusilə AFAD təşkilatına rəhbərlik etmək istədiyini dilə gətirib. Numan bəy də ona bildirib ki, cənab Prezidentimiz belə vəzifə bazarlığına qapıları bağlayıb.”
Mətləb Salahov
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...